Bakıda qadının boyunbağısını açıb aparan şəxs saxlanılıb

Bakıda qadının boyunbağısını açıb aparan şəxs saxlanılıb
20:37 9 Oktyabr 2019
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda qadının boynundan boyunbağı aparan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Suraxanı RPİ 31-ci Polis Bölməsinə müraciət edən Suraxanı qəsəbəsində yaşayan bir qadın oktyabrın 2-də həyətində qonşusunun onun boynundakı 1200 manat dəyərində qızıl boyunbağını qıraraq aparmasını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq, soyğunçuluq, narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş qəsəbə sakini E.Səfərov saxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/792969.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR