Xəstəxana xərclərini ödəmək üçün üzüyünü satdı

Xəstəxana xərclərini ödəmək üçün üzüyünü satdı
20:42 9 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

"Мисс Москва 2015" Oksana Voevodina keçmiş Malayziya kralı Sultan V. Məhəmmədlə ayrıldıqdan sonra ağır günlər keçirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, model hətta nişan üzüyünü satmaq məcburiyyətində qalıb. Keçmiş kral Oksananı 4 aylıq hamilə olan zaman atıb. Hazırda o, oğlunu tək böyüdür.

Model bildirib ki, keçmiş əri dekabrda ayrıldıqları gündən indiyənə qədər onunla danışmayıb.

"Xəstəxana xərclərini ödəmək üçün üzüyümü satmaq məcburiyyətində qaldım. Neçəyə satdığımı deməyəcəm, amma bildirim ki, alınan qiymətdən üç dəfə ucuz oldu. Bütün pulu İsveçdə xəstəxanaya xərclədim" deyə, qız söyləyib.

Qeyd edək ki, üzüyün dəyəri 165 min dollar olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/792964.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR