"Əl-Qaidə"nin Hindistan yarımadası üzrə lideri MƏHV EDİLDİ

Əfqanıstanın Hilmənd əyalətində “Əl-Qaidə” terror təşkilatının Hindistan yarımadası üzrə lideri Asım Ömər məhv edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Əfqanıstanın Milli Təhlükəsizlik Şurasından açıqlama verilib. Məlumata görə, terrorçu təşkilatın düşərgəsinə edilən hava hücumu zamanı öldürülüb.

Hücum zamanı ümumilikdə 7 terrorçu məhv edilib. “Əl-Qaidə” hələlik məlumatı təsdiq etməyib.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR