Ofisdə dezodorant istifadə etmək zərərlidir - Səhhəti məhv edir

Ofisdə dezodorant istifadə etmək zərərlidir - Səhhəti məhv edir
22:17 9 Oktyabr 2019
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Qapalı iş şəraitində, ofislərdə işçilərin, xüsusən qadınların dezodorantlardan istifadə etməsi, eləcə də havanı ətirləndirən dezodorantlar otaqda havanı çirkləndirir, zərərli maddələrlə doldurur və işçilərin səhhətinə təhlükə yaradır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bunu ABŞ universitetinin alimləri  4 iri ofislər mərkəzində quraşdırdıqları yüzlərlə havanı analiz edən cihaz vasitəsilə təyin ediblər.

Məlum olub ki, elə ofisdə çalışanlar ofisin atmosferini uçan orqanik zərərli birləşmələrlə dolduran mənbədir. 

Belə ki, istifadə olunan antipersperantlar, ətirlər, dezodorantlar, saç lakı, makiyaj vasitələrinin kimyəvi konsentrasiyası birbaşa havaya uçur və havada 20 dəfə artır. 

Bu zərrəciklər klaviaturaya, ofis kreslolarına, ləvazimatlarına çökür. 
Ordan da əllər və nəfəs vasitəsilə orqanizmə keçir.

Xüsusən kişilər bu zərrəciklərdən əziyyət çəkir.

Hətta məlum olub ki, xeyirli bildiyimiz portağalı ofisdə soyanda da havaya monoterpenlər atılır, onlar ofis texnikasının buraxdığı ozonla birləşərək ağciyərlərə çökür. 

Ofislərin ventilyasiya sistemi isə bu zərrəcikləri daha da yayır və ozonla birləşdirir.

Ona görə ventilyasiyanın çıxış yolu olduğunu düşünmək səhvdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/792740.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR