Gürcüstanda Azərbaycandilli məktəbdə şagirdlər arasında zəhərlənmə olub

Gürcüstanda Azərbaycandilli məktəbdə şagirdlər arasında zəhərlənmə olub
22:47 9 Oktyabr 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Saqareco rayonunun azərbaycanlılar yaşayan Ləmbəli kəndində şagirdlər arasında zəhərlənmə olub.
"Report"un yerli bürosu xəbər verir ki, kənd məktəbinin 6-cı sinfinin 7 şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Yeniyemtələr məktəb yaxınlığında yerləşən mağazadan limonad və kətə alıblar. Qida qəbulundan sonra onlar özlərini pis hiss ediblər. Məktəb rəhbərliyi təcili tibbi yardım çağırıb.
Xəstəxanadan bildirilib ki, 11 yaşlı məktəblilərin vəziyyəti qənaətbəxş olub və detoksikasiya proseduru başa çatdırılandan sonra onlar evə yazılıblar.


Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-azerbaycandilli-mektebde-sagirdler-arasinda-zeherlenme-ol

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR