Heyva marmeladının hazırlanması - Usta öz sirlərini açır - VİDEO

Heyva marmeladının hazırlanması - Usta öz sirlərini açır - VİDEO
23:12 9 Oktyabr 2019
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az Lent.az-a istinadən oxucularına növbəti maraqlı resepti təqdim edir.

Bu dəfə sizi sosial şəbəkədə "Ağababa Ağababa" adı ilə məşhur olan səhifəyə istinadla heyva marmeladının necə hazırlanması ilə tanış edəcəyik.

Tərkibi:
1,8 kq heyva, 900 qr şəkər tozu, 1 çay qaşığı darçın, 1/3 çay qaşığı mixək, 1 xörək qaşığı bal

Hazırlanma qaydası:
Heyvanın qabıqlarını və özəyini təmizləyirik. Təmizlədiyimiz heyvaları bir qaba, qabığını və özəyini isə digər qazana əlavə edirik. Qabıqların üzərinə çıxana qədər su əlavə olunur ki, suyun içində yumşalsınlar. Sonra həmin su süzülüb doğranmış heyvanın üzərinə tökülür. Daha sonra üzərinə çıxana qədər yenidən su əlavə olunub yumşalana qədər bişirilir. Sonra blenderlə əzib tamam yumşaldırıq. Daha sonra darçını, mixəyi, balı və şəkər tozunu əlavə edib ocağa qoyuruq. Təxmini 2 saata qədər zəif odda tez-tez qarışdırmaq şərti ilə bişiririk. Onu da qeyd edək ki, zövqə görə içərisinə müxtəlif çərəz əlavə etmək olar. 2 saat bişirdikdən sonra ocaqdan götürürük. Daha sonra sobanın listinə yağlı kağız çəkib marmeladı üzərinə töküb yayırıq. Üzərinə kağız çəkib qoyuruq 2 gün bərkisin. Hər gün çeviririk ki, hər üzü qurusun. Sonra doğrayıb servis edə bilərsiniz.

Nuş olsun!

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/kilinariya/792980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR