Türkiyə ordusu Suriyanın şimalındakı Tell-Abyad şəhərinə daxil olub

Türkiyə ordusu Suriyanın şimalındakı Rəkka əyalətinin Tell-Abyad sərhəd şəhərinə daxil olub.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb.

Məlumata görə, buna qədər türk hərbçiləri şəhər ətrafında terrorçuların olduğu mövqelərə artilleriya zərbələri endirib.

Şəhərin sakinləri qonşu Derbasiya və Amuda yaşayış məntəqələrində məcburi məskunlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR