“Kitty Hawk” startapı fərdi elektrik uçuş aparatı nümayiş etdirib - VİDEO

“Kitty Hawk” startapı fərdi elektrik uçuş aparatı nümayiş etdirib - VİDEO
07:22 10 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

"Google" şirkətinin həmtəsisçisi Larri Peycin maliyyələşdirdiyi ABŞ-ın "Kitty Hawk" startapı "Heaviside" adlı yeni elektrik uçuş aparatı hazırlayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, məlumata görə, korpusu kiçik təyyarə şəklində olan aparat şaquli uçur və eniş edir. Bununla yanaşı, istehsalçı nümayəndələrinin sözlərinə görə, hərəkət zamanı səs-küy səviyyəsi vertolyotdan 100 dəfə azdır. Bu, cəmiyyətdə yeni nəqliyyat növünə normal münasibətin formalaşdırılması üçün vacib göstərici hesab olunur.

Bildirilir ki, "Kitty Hawk" bir müddət əvvəl tam avtonom olmayan aerotaksilərin hazırlanması sahəsində "Boeing" şirkəti ilə əməkdaşlığa başlayıb. Şirkət 2018-ci ildə birnəfərlik "Flyer" və ikinəfərlik "Cora" olmaqla iki aparat təqdim edib. Bundan başqa, startap "Air New Zealand" aviaşirkəti ilə birgə aerotaksi servisi istifadəyə verməklə bağlı planlarını açıqlayıb.

"Heaviside" aparatının uçuş məsafəsi təxminən 160 km təşkil edir. Mühərriklərin gücü və batareya tutumu haqqında məlumat verilmir. Elektrik uçuş aparatları indiyədək belə göstəricilərə nail olmayıb.

"Heaviside" aparatının sərnişin tutumunun bir nəfər təşkil etməsi səbəbindən ondan taksi kimi istifadə mümkün olmayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/792802.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR