Dünyada ilk hiperfloresan OLED displey təqdim edilib

Dünyada ilk hiperfloresan OLED displey təqdim edilib
07:32 10 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

"Wisechip" şirkəti tərəfindən təqdim edilmiş hiperfloresan OLED displeyinin özəlliyi sözügedən displey modulunun əvvəlkindən daha uzun müddət işləməsi və eyni zamanda bir neçə dəfə daha parlaq olmasıdır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Wisechip" şirkətinin PMOLED displeyinin diaqonalı 2,7 düym, təsvir ölçüsü isə 128x64 piksel təşkil edir. Buna baxmayaraq displeyin parlaqlığı 220 kd/m2-dir. Bu, əvvəlki nəsil floresan ekranın göstəricisindən 2,5 dəfə yüksəkdir.

İstehsalçının iddiasına görə, yeni tip displey 50 min saatadək işləyə bilir.

Ağ-qara rəngli displeydə informasiya sarı rəngdə göstərilir. Belə ekranların istehsalında istifadə edilən əsas komponentin tədarükçüsü "Kyulux" şirkətidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/792803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR