Türkiyənin yox olacaq şəhərindən SON FOTOLAR

Türkiyənin yox olacaq şəhərindən SON FOTOLAR
09:22 10 Oktyabr 2019
126 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyanın ən qədim şəhərindən biri - Türkiyənin Həsənkeyfi şəhəri tezliklə suyun altında qalacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hökümət onun yerləşdiyi yerdə - Dəclə çayının sahilində - su anbarı tikmək qərarına gəlib. Evlərini tərk etməli olan sakinlərə verilən vaxt isə oktyabrın 8-də başa çatıb. Tezliklə "İlisu" SES istifadəyə veriləcək və şəhər ərazisinin böyük hissəsi, eləcə də ətrafdakı bir sıra məntəqələr suyun altında qalacaq. Köçkünlər üçün Yeni Həsənkeyf şəhərinin tikilməsinə baxmayaraq, onların bir çoxu dambanın tikilməsinə qarşı olub. Onları bütün tarixi abidələrin digər yerlərə köçürülməsinin mümkünsüzlüyünü görən alimlər də dəstəkləyib.

İnsanlar bu yerlərdə qədim dövrlərdən yaşayıb. Şəhərin romalılar tərəfindən salındığı qeyd olunur. Həsənkeyf Osmanlı imperiyasının vaxtında fəal inkişaf edib və çiçəklənib. 

Tezliklə yox olacaq şəhərin son fotolarını təqdim edirik:

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/793015.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR