Azərbaycanda qadını ata bağlayaraq sürüyüblər

Azərbaycanda qadını ata bağlayaraq sürüyüblər
11:17 10 Oktyabr 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

Goranboy rayonunda 35 yaşlı qadını ata bağlayaraq sürüyüblər. 
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb. 
Belə ki, rayon sakini, 1984-cü il təvəllüdlü Sahilə Ələkbərova bir neçə gün əvvəl itmiş atlarının qonşusunun həyətində olduğunu görərək onlara gedib. S.Ələkbərova qonşusundan atlarını geri qaytarmağı tələb edib. Bu zaman iki qonşu qadınla aralarında mübahisə yaranıb. Qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döydükdən sonra qadını həmin ata bağlayaraq sürüyüblər. 
Ağır bədən xəsarətləri alan qadın ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. 
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırmalara başlanılıb. 


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycanda-qadini-ata-baglayaraq-suruyubler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR