35 yaşlı qadını ata bağlayıb sürüdülər, sonra... - Azərbaycandakı bu olay hamını DƏHŞƏTƏ GƏTİRƏCƏK

35 yaşlı qadını ata bağlayıb sürüdülər, sonra... - Azərbaycandakı bu olay hamını DƏHŞƏTƏ GƏTİRƏCƏK
11:23 10 Oktyabr 2019
94 Digər
Ölkə mətbuatı
A- A+

Goranboy rayonunda 35 yaşlı qadını ata bağlayaraq sürüyüblər.

Hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 1984-cü il təvəllüdlü Sahilə Ələkbərova bir neçə gün əvvəl itmiş atlarının qonşusunun həyətində olduğunu görərək onlara gedib. S.Ələkbərova qonşusundan atlarını geri qaytarmağı tələb edib. Bu zaman iki qonşu qadınla aralarında mübahisə yaranıb. Qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döydükdən sonra qadını həmin ata bağlayaraq sürüyüblər.

Ağır bədən xəsarətləri alan qadın ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırmalara başlanılıb. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/292673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR