"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” xidmətlərin satınalması üzrə elanların müddətini uzadıb

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” xidmətlərin satınalması üzrə elanların müddətini uzadıb
11:50 10 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Dərinlikölçmə avadanlığının ehtiyat hissələri”nin və "Limançı" gəmisinin tərsanə təmiri” xidmətlərinin satınalması üzrə elanların müddəti uzadılıb.

Belə ki, ilkin sənədlər toplusu 18 oktyabr 2019-cu il saat 18:00, tender təklifi və tender təklifinin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) 24 oktyabr 2019-cu il saat 18.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir. 25 oktyabr 2019 17:00-da isə tender təklifi zərflərinin açılışı olacaq.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər.

Əlaqə telefonları: 599-00-03 (1402).

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/tender/3130954.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR