Komitə sədri o məcburi köçkünün yalanını İFŞA ETDİ: Dövlət iki mənzil verib

Komitə sədri o məcburi köçkünün yalanını İFŞA ETDİ: Dövlət iki mənzil verib
11:53 10 Oktyabr 2019
60 Ölkə
Ölkə mətbuatı
A- A+

“Məndə olan məlumata görə, bu adam ictimaiyyətə yalan danışır”.

Publika.az-ın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

R.Rzayev qeyd edib ki, dövlət tərəfindən məcburi köçkünlərin mənzil-məişət şəraitinin, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar göz qabağındadır:

Zəngilan rayonundan olan Yaşar adlı həmin məcburi köçkünün yalan danışdığı ortaya çıxdı. Onun özünün ailəsinə üç otaqlı, digər ailə üzvünə isə iki otaqlı mənzil verilib. Fikrimcə, müxalifət ilk növbədə düşünməlidir ki, onların fəaliyyəti nəticəsində bir milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onlar bu gün sadə düşüncə tərzi olan insanları aldadırlar. Nəyinsə müaqabilində cəmiyyətə xoşagəlməz məlumatlar çatdırırlar. Cənab İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra demişdi ki, Azərbaycanda bir çadır şəhərciyi belə qalmayacaq. İndiyədək 300 mindən yuxarı qaçqın və məcburi köçkün mənzillə təmin olunub. Cənab prezidentin siyasəti nəticəsində bu gün Azərbaycan güclü dövlətdir”.

Qeyd edək ki, sosial şəbəkələrdə Zəngilan rayonundan olan məcburi köçkünün mənzil hüququnun pozulduğuna dair məlumat yayılıb. Bu məsələ xüsusilə müxalifətin Bakıda keçirdiyi piket zamanı onlar tərəfindən qabardılıb.

Səxavət


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/292677.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR