ABŞ-da gündəlik xam neft hasilatının həcmi yenidən rekord vurub

ABŞ-da gündəlik xam neft hasilatının həcmi yenidən rekord vurub
12:07 10 Oktyabr 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Ötən həftə (28 sentyabr - 4 oktyabr tarixləri arasında) ABŞ-da gündəlik xam neft hasilatının həcmi orta hesabla 12,6 milyon barrel təşkil edib ki, bu da rekord həddir. 
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya İdarəsi (EIA) məlumat yayıb. 
Məlumatda deyilir ki, bu, əvvəlki həftə ilə müqayisədə orta hesabla 200 min barrel çoxdur. 
Xatırladaq ki, bundan əvvəlki rekord 17-23 avqust tarixlərini əhatə edən həftə ərzində - 12,5 milyon barrel olmaqla qeydə alınıb. 
EIA həmçinin ölkənin kommersiya məqsədlli xam neft ehtiyatlarının ötən həftə 2,9 milyon barel (0,7%) artaraq 425,6 milyon barelə çatdığını açıqlayıb. Bu, artımla bağlı proqnozdan 1,5 milyon barrel çoxdur. Bundan əvvəlki həftə isə ehtiyatlarda 3,1 milyon barrel artım baş vermişdi. 
ABŞ-da Kommersiya məqsədli xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə 0,2 milyon barel azalaraq 644,6 milyon barelə düşüb. 
Hesabat həftəsində ölkənin benzin ehtiyatları isə 1,2 milyon barel (0,5 %) azalaraq 228,8 milyon barelə enib. Bu, azalma ilə bağlı proqnozdan 0,95 milyon barrel azdır. Bundan əvvəlki həftə isə ehhtiyatlarda 0,2 milyon barrel azalma baş vermişdi. 


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/abs-da-gundelik-xam-neft-hasilatinin-hecmi-yeniden-rekord-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR