Şimal-qərb bölgəsində əhalinin siyahıyaalınması necə aparılır?

Şimal-qərb bölgəsində əhalinin siyahıyaalınması necə aparılır?
12:32 10 Oktyabr 2019
50 Digər
Ölkə mətbuatı
A- A+

Şimal-qərb bölgəsində əhalinin sioyahıyaalınması işlərinə bu gün yekun vurulacaq.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, əhalinin siyahıya alınması Şəki rayonunda da müvəffəqiyyətlə davam edir.
Şəki şəhər Statistika İdarəsinin rəisi Qəşəm Kərimov "Report"un Şimal-qərb bürosuna  müxbirinə bildirib ki, rayonda 13 siyahıyaalma, 124 təlimatçı-nəzarətçi və 622 sayıcı məntəqəsi yaradılıb: "Təlimatçı-nəzarətçi və sayıcı məntəqəsi müdirlərinə müvafiq təlimlər keçirilib, sayıcılara isə çantalar paylanılıb".
Qax rayon Statistika İdarəsinin rəisi Xəzri Məmmədov bildirib ki, rayon ərazisində siyahıya alınma ilə bağlı işlərə oktyabr ayının 1-dən etibarən start verilib: "Qax rayonunda 4 siyahıyaalma, 93 təlimatçı-nəzarətçi və 193 sayıcı məntəqəsi yaradılıb".
Zaqatala rayon Statistika idarəsinin rəisi Fəxrəddin Qurbanovun verdiyi məlumatə görə,rayonda 9 siyahıya alınma,85 təlimatçı-nəzarətçi və 429 sayıcı məntəqəsi fəaliyyət göstərir".
Balakən rayon Statistika İdarəsinin rəisi Fərhad Xəlilov rayonda 7 siyahıyaalıma, 65 təlimatçı-nəzarətçi və 413 sayıcı məntəqəsinin olduğunu bildirib: "Artıq 3 -cü dəfə aparılan əhalinin siyahıyaalması iki hissədən ibarətdir. Prosesdə həm mənzil fondu, həm də insanlar siyahıya alınır. Siyahıyaalma vərəqəsində 6 sual, sorğu vərəqəsində isə alt suallar da daxil olmaqla, 46 sual nəzərdə tutulub. Şəki rayonu üzrə 192000 nəfərin siyahıya alınması nəzərdə tutulub. Bunlardan 187500 nəfəri daimi əhali, 4500 nəfəri məcburi köçkünlərdir".
Qeyd edək ki, oktyabrın 1-dən 10-dək ölkə ərazisində əhalinin növbəti siyahıyaalınması prosesi başlayıb. Ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33 min 907 sayıcı məntəqəsinə bölünüb, bu prosesə cəlb olunacaq işçilərə olan tələbat müəyyən edilib.



Xəbərin orijinal ünvanı: https://report.az/multimedia/simal-qerb-boglgesinde-ehalinin-siyahiyaalinmasi-nece-aparilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR