Kosmosda ilk dəfə süni ət yetişdirilib

Kosmosda ilk dəfə süni ət yetişdirilib
12:35 10 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

İsrailin “Aleph Farms” ərzaq startapı üçölçülü printer vasitəsilə kosmosda ilk dəfə ət çap edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, startap tədqiqatçıları 2018-ci ilin dekabrından laboratoriyada ətin yetişdirilməsi ilə məşğul olsalar da, bu dəfə onun müxtəlif şəraitlərdə yetişdirilə biləcəyinə əmin olmaq istəyiblər. Laboratoriya ətinin istehsalı üçün biopsiyanın köməyi ilə inək toxumalarından müəyyən miqdarda hüceyrə nümunələri götürülüb. Sonra hüceyrələr inək bədəninin daxilindəki mühiti imitasiya edən qida maddələrinin olduğu maye ilə qatışdırılıb. Bu mühitdə hüceyrələr nazik ət parçasına çevrilib. Süni əti dequstasiyadan keçirən tədqiqatçıların sözlərinə görə, onun dadı əla olmasa da, adi mal ətinin teksturasını və dadını imitasiya edir.

 

Məlumata görə, ətin kosmosda yetişdirilməsi üçün “Aleph Farms” mütəxəssisləri prosesi bir qədər dəyişdiriblər. Onlar əvvəlcə inək toxuması hüceyrələrini və qida məhlulunu qapalı damarlara yerləşdirdikdən sonra damarları kosmik gəmiyə yükləyərək Yer kürəsindən 400 kilometr məsafədə yerləşən Beynəlxalq Kosmik Stansiyanın Rusiyaya aid orbitinə göndəriblər. Rusiya kosmonavtları tərəfindən “3D Bioprinting Solutions” şirkətinin flakonları maqnit printerə yerləşdirildikdən sonra hüceyrələr əzələ toxumasının istehsalı üçün çoxaldılıb. Eksperimentin uğurla başa çatması sübut edib ki, istənilən şəraitdə süni ət yetişdirmək mümkündür.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-63341-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR