Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinə start verilib - FOTO

Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinə start verilib - FOTO
13:05 10 Oktyabr 2019
115 İdman
Ölkə mətbuatı
A- A+

Bədii gimnastika üzrə dünya çempionatından qısa bir müddət sonra Milli Gimnastika Arenası bu növ üzrə yerli yarışlara ev sahibliyi edir. Bu dəfə bədii gimnastika təmsilçilərinə aerobika gimnastları da qoşulacaqlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, oktyabrın 10-da bədii gimnastika üzrə 26-cı AzərbaycanBakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatına start verilib.

Dörd günlük yarışda gimnastlar gənclər, yeniyetmələr, uşaqlar və balacalar yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.

Çempionatın birinci günündə balaca gimnastlar alətsiz, halqa və gürzlərlə proqramlarını təqdim edirlər.

Aerobika gimnastları oktyabrın 11-də mübarizəyə qoşulacaqlar.

Gimnastikanın hər iki növü üzrə yarışlarda Bakı və bölgələr üzrə ümumilikdə 200-dən çox idmançı iştirak edəcək. Bakı üzrə Bakı Gimnastika Məktəbi, "Ocaq Sport", "AyUlduz", "Gymkids" klublarının, "Zirvə International", Zabrat idman klublarının, Respublika Kompleks İdman Məktəbinin, Şağan Olimpiya İdman Kompleksinin, eləcə də Sumqayıt, Gəncə, Mingəçevir, Ağdaş, İsmayıllı, Göyçay, Zaqatala, Kürdəmir, Qusar, ŞirvanMasallı təmsilçiləri birincilik uğrunda yarışacaqlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/793133.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR