Azərbaycan I Dünya Çimərlik Oyunlarına 7 idmançı ilə qatılacaq

Azərbaycan I Dünya Çimərlik Oyunlarına 7 idmançı ilə qatılacaq
13:32 10 Oktyabr 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan oktyabrın 12-də Qətərin paytaxtı Dohada start götürəcək I Dünya Çimərlik Oyunlarına 7 idmançı ilə qatılacaq.
“Report” xəbər verir ki, çimərlik güləşi yarışlarında ölkəni Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (90 kq-dan yuxarı) təmsil edəcək.
Akvatlon yarışlarında millinin üzvləri Rostislav Pevtsov və Kseniya Levkovskaya çıxış edəcəklər. Karateçi Roman Heydərov isə kata yarışlarında mübarizə aparacaq.
Qeyd edək ki, Oyunlara oktyabrın 16-da yekun vurulacaq.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-i-dunya-cimerlik-oyunlarina-7-idmanci-ile-qatilacaqe

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR