"Limançı" gəmisinin tərsanə təmiri” xidmətlərinin satınalması üzrə elanın müddəti uzadılıb

"Limançı" gəmisinin tərsanə təmiri” xidmətlərinin satınalması üzrə elanın müddəti uzadılıb
14:01 10 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "Limançı" gəmisinin tərsanə təmiri” xidmətlərinin satınalması üzrə elanın müddəti uzadılıb.

Belə ki, ilkin sənədlər toplusu 18 oktyabr 2019-cu il saat 18:00, tender təklifi və tender təklifinin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) 24 oktyabr 2019-cu il saat 18.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir. 25 oktyabr 2019 17:00-da isə tender təklifi zərflərinin açılışı olacaq.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər.

Əlaqə telefonları: 599-00-03 (1402).

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3131023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR