İranda yeni qaz yatağı aşkar edilib

İranda yeni qaz yatağı aşkar edilib
14:07 10 Oktyabr 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

İranın cənubunda, təxminən, 1 trilyon kubmetr ehtiyatı olan təbii qaz yatağı aşkar edilib. 
"Report" İran mətbuatına istinadən xəbər verir ki, yataq ölkənin Fars əyalətində, 3 900 metr dərinlikdə yerləşir. 
İran Milli Neft Şirkətinin kəşfiyyat direktoru Salih Hindi bu yatağın paytaxt Tehranın "mavi yanacağ"a olan 16 illik tələbatını ödəmək iqtidarında olduğunu deyib. 
Xatırladaq ki, İranın qaz ehtiyatları 33 trilyon kubmetrdir və bu baxımdam İslam Respublikası dünyada Rusiyadan sonra 2-ci yeri tutur.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/i-randa-yeni-qaz-yatagi-askar-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR