Deputat: "Bütün Azərbaycan cəmiyyəti "Qarabağ Azərbaycandır" hərəkatı ətrafında birləşməlidir"

Deputat: "Bütün Azərbaycan cəmiyyəti "Qarabağ Azərbaycandır" hərəkatı ətrafında birləşməlidir"
15:02 10 Oktyabr 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

"Bütün Azərbaycan cəmiyyəti "Qarabağ Azərbaycandır" hərəkatı ətrafında birləşməlidir. Bu şüar altında ümumxalq yürüşü keçirilməlidir. Azərbaycan bayrağı altında Bakının hansısa nöqtəsindən Bayraq meydanına yürüş edilə bilər".
"Report" xəbər ki, bunu Milli Məcilisin deputatı Fəzail Ağamalı “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda keçirilən "dəyirmi masa"da deyib.
"Bununla iradəmizi orataya qoyub, Prezidentin yanında olduğumuzu göstərməliyik", - feputat bildirib.
Onun sözlərinə görə, Azərbaycanda sayı ermənilərdən qat-qat çox olan etnik qruplar var, onlar əsrlər boyu azərbaycanlılarla eyni sırada, eyni mövqedə bu dövlət üçün canlarından, qanlarından keçiblər: "Əgər bu etnik qruplar azərbaycanlılarla bərabər, heç bir problem olmadan yaşayırlarsa, ermənilər də Azərbaycan qanunlarını, ərazi bütövlüyünü qəbul edərək Azərbayxan xalqı ilə bərabər yaşayıb dövlətçiliyə xidmət edə bilərlər".


Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag-munaqishesi/deputat-butun-azerbaycan-cemiyyeti-qarabag-azerbaycandir-herekati

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR