Bakının tarixi yeri Portuqaliyada təqdim olunub (FOTO)

Bakının tarixi yeri Portuqaliyada təqdim olunub (FOTO)
15:08 10 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Ceyhun Ələkbərov - Trend:

Portuqaliyada "Qobustan qoruğu" sərgisi təşkil olunub.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə bildiriblər.

Portuqaliyanın UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş qayaüstü incəsənət abidəsi olan Foz Koa qoruğunun muzeyində Qobustan qayaüstü rəsmlərinə həsr olunmuş sərgisi açılıb.

9 oktyabr Avropa Qayaüstü İncəsənət Günü ilə əlaqədar təşkil olunmuş “Avropanı qayaüstü incəsənətlə gəzək” (Crossing Europe with Rock Art) adlı sərgi Qobustan Milli Tarix-Bədii qoruğu ilə Foz Koa qoruğu arasında əməkdaşlığın növbəti mərhələsidir.

Açılış mərasimdə Portuqaliyanın qayaüstü incəsənət mütəxəssisləri, arxeoloji qoruq və muzeylərin nümayəndələri ilə yanaşı Foz Koa şəhərinin meri Gustavo Duarte də iştirak edib. Şəhər meri çıxışında iki qoruq arasında əməkdaşlığın həmçinin, iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini və bu sərginin Foz Koada əlamətdar hadisəyə çevrildiyini bildirib.

Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev qayaüstü incəsənət aləmi üçün belə əlamətdar bir gündə Qobustan sərgisinin açılışının təşkil olunmasının iki qoruq arasında əməkdaşlığın göstəricisi olduğunu vurğulayıb. Qeyd edib ki, "Avropanı qayaüstü incəsənətlə gəzək” (Crossing Europe with Rock Art) adlı Qobustan sərgisinin nümayişi ilin sonunadək davam edəcək.

Tədbir iştirakçıları sonra sərgi ilə tanış olublar.

Sərgi ilə tanış olduqdan sonra Portuqaliyanın Fundao Arxeologiya muzeyinin direktoru Pedro Salvado Fundao muzeyində də Qobustan sərgisinin təşkil etmək arzusunu bildirib.

Xatırladaq ki, 2019-cu ilin iyul ayında Qobustanda Foz Koa qoruğunun sərgisi açılmışdı.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3130994.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR