Bakıda 7 kilometrlik velosiped yolunun yaradılması üzrə işlər başlayıb (FOTO)

Bakıda 7 kilometrlik velosiped yolunun yaradılması üzrə işlər başlayıb (FOTO)
15:50 10 Oktyabr 2019
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Kəmalə Məmmədli - Trend:

Bakıda Puşkin küçəsinin bir hissəsində (100-150 metr) 7 kilometrlik velosiped yolunun yaradılması üzrə işlər başlayıb.

Trend-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, bu işlər başa çatdıqdan sonra velosiped yolu layihəsinə Bakının mərkəzi küçə və prospektləri qatılacaq:

“Bura Bülbül prospekti, eləcə də Dənizkənarı Milli Park istiqamətində digər küçələr daxil olacaq”.

M.Ağayev əlavə edib ki, velosipedçilər üçün xüsusi park yerlərinin yaradılması da nəzərdə tutulur. Bu cür yer ilk olaraq “Koroğlu” nəqliyyat mübadilə mərkəzində yaradılacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3131140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR