Azərbaycanda sənaye məhəlləsində türk təsisçilər 2 müəssisə yaradır

Azərbaycanda sənaye məhəlləsində türk təsisçilər 2 müəssisə yaradır
16:37 10 Oktyabr 2019
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın sənaye parklarında işləyən rezidentlər arasında hələlik Türkiyə şirkətləri yoxdur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov "Standartların tətbiqi: Azərbaycan və Türkiyənin əməkdaşlığı" konfransında deyib.

Onun sözlərinə görə, bu gün türk iş adamları sənaye məhəllələrində, xüsusilə də Hacıqabulda iki şirkətin yaradılması üzərində işləyir. Şirkətlərdən biri qablaşdırma materiallarının hazırlanması, digəri bioloji gübrələrin istehsalı ilə məşğul olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/793159.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR