Xorvatiya - Macarıstan oyunu ərəfəsində iki komandanın azarkeşləri arasında dava olub

Xorvatiya - Macarıstan oyunu ərəfəsində iki komandanın azarkeşləri arasında dava olub
16:47 10 Oktyabr 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

AVRO-2020-nin seçmə mərhələsinin XorvatiyaMacarıstan oyunu ərəfəsində iki komandanın azarkeşləri arasında dava düşüb.
“Report” “Jutarnji List”ə istinadən xəbər verir ki, dünən axşam və bu gün səhər tərəfdarlar matçın baş tutacağı Split şəhərində dalaşıblar. Nəticədə qonaqların bir azarkeşi xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib. Onun həyatı üçün heç bir təhlükə olmadığı bildirilir.
İnsidentlərə görə 5 nəfər xorvatiyalı, 1 nəfər isə macarıstanlı fanat saxlanılıb.
Qeyd edək ki, bu gün “Polyud” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Xorvatiya Azərbaycan millisinin də yer aldığı E qrupunda 10 xalla liderdir. Macarıstan isə 9 xalla Slovakiya ilə növbəti iki pilləni bölüşür.



Xəbərin orijinal ünvanı: https://report.az/futbol/xorvatiya-macaristan-oyunu-erefesinde-iki-komandanin-azarkesleri-arasinda-dava-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR