Nazir: "Azərbaycan regional qarşılıqlı faydalı əməkdaşlığın inkişafına mühüm töhfə verir"

Nazir: "Azərbaycan regional qarşılıqlı faydalı əməkdaşlığın inkişafına mühüm töhfə verir"
17:27 10 Oktyabr 2019
52 Digər
Ölkə mətbuatı
A- A+

"Bu gün Azərbaycanda bazar iqtisadiyyatının inkişafı üçün bütün imkanlar yaradılıb və böyük uğurlar əldə olunub. Son 15 ildə iqtisadi inkişaf proqramlarının uğurlu icrası sayəsində Azərbaycan iqtisadiyyatı qlobal miqyasda yüksək inkişaf səviyyəsinə çatıb". 
"Report" xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının Türkmənistan paytaxtı Aşqabadda keçirilən dar tərkibli iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı hökumətin əsas uzunmüddətli hədəfləridir: "Bu islahatları birləşdirmək və iqtisadiyyatın rəqabət qabiliyyətini və dayanıqlığını artırmaq üçün 2021-2025-ci illər dövrünə nəzərdə tutulmuş daha dərin iqtisadi islahatlar proqramının hazırlanması başlandı. Ümumi əlverişli iş mühiti və məqsədyönlü islahatlar biznes və investorlar üçün əlavə imkanlar təmin edəcək.
İqtisadi siyasətdə beynəlxalq qarşılıqlı əlaqələrin inkişafı xüsusi yer tutur. Nəqliyyat əlaqələrini təşviq etməklə, Azərbaycan regional qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yönəlmiş səylərə mühüm töhfə verir".


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/nazir-azerbaycan-regional-qarsiliqli-faydali-emekdasligin-inkisafina-muhum-tohfe-verir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR