Brilliant Dadaşova bəstəkarlar tərəfindən aldadıldığını dedi - VİDEO

Brilliant Dadaşova bəstəkarlar tərəfindən aldadıldığını dedi - VİDEO
17:52 10 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Xalq artisti Brilliant Dadaşova Türkiyənin TV8 kanalında "Gel konuşalım" proqramında bəstəkarlar Fettah Can və Metin Özülkün tərəfindən aldadıldığını söyləyib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, xalq artisti adıçəkilən türkiyəli bəstəkarlara ümumilikdə 35 min dollar pul verdiyini, lakin indiyədək geri ala bilmədiyini söyləyib:

"Bir neçə il əvvəl 19 min dollar Metin bəyə, 18 min dollar Fettah Cana vermişəm. Nə mahnıları ala bilirəm, nə də pulları. Danışdığım zaman özümü reklam etmiş oluram. Mənə üçüncü yolu desinlər, elə edim".

Proqramın aparıcıları azərbaycanlı sənətçinin bu açıqlamalarını inanılmaz bir iddia kimi təqdim ediblər. Fettah Can və Metin Özülkünün güvənilən bəstəçilər olduğunu, belə bir hərəkət edəcəklərinə inanmadıqlarını, azərbaycanlı sənətçinin bu iddiaları gündəmə gəlmək üçün etdiyini söyləyiblər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/793202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR