Müğənnilərin ucuzlaşdırdığı "həci", yaxud "hacı" titulu - Hacı Şahin və Elşad Miri DANIŞIR

Müğənnilərin ucuzlaşdırdığı "həci", yaxud "hacı" titulu - Hacı Şahin və Elşad Miri DANIŞIR
18:52 10 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Son zamanların trendinə çevrilmiş "Hacı", yaxud "Həci" mövzusu, insanlarda qıcıq yaradan məsələrdən biridir. Şübhəsiz ki, bu ərəfələr dini titul daşıyan şəxslərin adını ən çox hallandıran məhz sənət adamları, daha dəqiq desək, müğənnilərdir. Ümumiyyətlə, bu kimi məsələlərdə dini titul sahiblərinin adının hallandırılması, məsxərə obyektinə çevrilməsinə ilahiyyatçıların münasibəti necədir?

Milli.Az xəbər verir ki, tanınmış ilahiyyatçı hacı Şahin Həsənli "Ölkə.az"ın əməkdaşına bildirib ki, dini ayinlərə ciddi yanaşmaq lazımdır. 

"Mənim mövzu ilə bağlı tam məlumatım olmasa da ümumi deyə bilərəm ki, bu cür müqəddəs titulun mənfi fikirlə adının hallaması düzgün deyil. Düzdür, həccə gedən insanların arasında müxtəlif əxlaqa, düşüncəyə sahib olan insanlar var. Bu cür adların gülüş, məsxərə obyektinə çevrilməsi tamamilə yanlışdır. Çünki həcc Allahın evinin adı ilə bağlı olan bir yerdi".

İlahiyatçı əməkdaşımızın "Sizcə, bu kimi hallara qadağa olmalıdırmı?" sualına da fikir bildirib.

"Çox heyif ki, bü cür halların hüquqi qüvvəsi yoxdur, bu sırf əxlaqla bağlıdır. Hər bir məsələdən, reytinq, ad-san qazanmaq üçün istifadə etmək hər kəsin öz daxili işidir, ancaq bəzi məsələlərdə çox diqqətli olmaq lazımdır. Dindən bu cür işlərində istifadə etməməlidirlər. İstənilən məsələ müzakirələrə açıq olur, ancaq dini ayinləri müqəddəsliyi qorunmalıdır".

İlahiyyaçı Elşad Miri isə məsələyə yumorla yanaşıb:

"Bəlkə bir Hacıdır bir neçə müğənnini saxlayır? (gülür) Ola bilməz?

Ancaq dinlə bağlasaq,  ümumiyyətlə, bu titulları adların qarşısında hallandırılması yanlışdır. Bu gün Azərbaycanda bu trend halına düşüb". 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/793204.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR