Üzr istəməyə getdi, pivəyə qonaq etdilər

Üzr istəməyə getdi, pivəyə qonaq etdilər
19:27 10 Oktyabr 2019
98 İdman
Ölkə mətbuatı
A- A+

Reqbi üzrə dünya çempionatında maraqlı hadisə baş verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Kanada yığmasının oyunçusu Con Larsen Cənubi Afrika ilə qarşılaşmada Tomas dyu Tuaya qarşı kobud oynadığı üçün meydandan qovulub. Rəqibə qarşı olduqca sərt oynadığını anlayan idmançı qarşılaşmadan sonra Cənubi Afrika yığmasının paltardəyişmə otağına gedib ki, üzr istəsin.

Orda Larseni alqışlarla qarşılayıblar. Hətta onu pivəyə də qonaq ediblər. Amma Larsen pivə içməkdən imtina edib və belə deyib:

"Mən sadəcə, gəlib sizdən şəxsən üzr istəmək istədim. Sizə sağlamlıq və qalan oyunlarda uğurlar arzulayıram".

Kanada turnirdə keçirdiyi hər 3 oyunda məğlub olub. Cənubi Afrika isə 1/4 finala vəsiqəni təmin edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/793237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR