Ağstafada avtomobil piyadanı vurub

Ağstafada avtomobil piyadanı vurub
21:57 10 Oktyabr 2019
708 Digər
Ölkə mətbuatı
A- A+

Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Ağstafa şəhərinin ərazisində qeydə alınıb. Belə ki, yolu qarşı tərəfə keçmək istəyən piyadanı avtomobil vurub. Onun xəsarət aldığı bildirilir.
Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Digər məlumata görə, qəzanı törədən avtomobil taksi fəaliyyəti göstərir. Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agstafada-avtomobil-piyadani-vurubgg

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR