Dünyanın ən təhlükəli insanı öldürüldü

"Əl-Qaidə" lideri Usama Bin Ladendən sonra dünyanın ən təhlükəli terrorçusu hesab edilən İbrahim əl-Asiri öldürülüb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib. Terrorçu liderin ölümünü təsdiqləyən Tramp əl-Asirin iki il əvvəl Amerikaya məxsus pilotsuz uçuş aparatı vasitəsilə zərərsizləşdirildiyini deyib.

Hadisə 2017-ci ildə baş versə də, indiyədək bu barədə hər hansı məlumat verilməmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR