Fərhad Rəcəbli usta cüdoçular arasında 9-cu dəfə dünya çempionu olub

Fərhad Rəcəbli usta cüdoçular arasında 9-cu dəfə dünya çempionu olub
23:17 10 Oktyabr 2019
110 Digər
Ölkə mətbuatı
A- A+

Mərakeşdə veteran cüdoçular arasında dünya çempionatına start verilib. 
"Report" Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub.
Dünya çempionatında ölkəmizi təmsil edən veteran cüdoçu Fərhad Rəcəbli M-7 kateqoriyası üzrə 90 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 
Fərhad Rəcəbli finalda Almaniya təmsilçisi Andreas Bartşı məğlub edərək mundialın ən güclüsü adına layiq görülüb. 
Qeyd edək ki, bu idmançımızın usta cüdoçular arasında qazandığı doqquzuncu çempionluqdur.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/ferhad-recebli-usta-cudocular-arasinda-9-cu-defe-dunya-cempionu-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR