Öz startapına 700 milyon dollar sərmayə qoyacaq

Öz startapına 700 milyon dollar sərmayə qoyacaq
23:22 10 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Hindistanın ev kirayəsi platformu olan startap - Oyo, Avropa və ABŞ-da xidmət sahələrini genişləndirmək üçün 1,5 milyard dollar ivestisiya almağı planlaşdırır.

Milli.Az techland.az-a istinadən bildirir ki, Oyo şirkətinin qurucusu və baş direktoru Ritesh Agarwal, Asiyanın ən böyük otel şəbəkələrindən birində daha çox pay almaq istədiyi üçün F Seriya investisiya turunda 700 milyon dollar sərmayə qoyacağına söz verib.

Oyo - nun digər investorları, SoftBank Group, Lightspeed Venture Partners və Sequoia India, 1.5 milyard dollarlıq yeni bir investisiya turunda iştirak edəcəklər. 25 yaşlı startap qurucusu 80-dən çox ölkədə fəaliyyət göstərən və bu gün 1,2 milyondan çox otağı idarə edən platformanın Hindistan xaricində də qlobal bir marka olmasını planlaşdırır.

Ritesh Agarwal, 700 milyon dollar dəyərində yeni bir investisiya ilə Oyo-dakı payını 10 faizdən 30 faizə qədər artırmağı hədəfləyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/792915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR