Ağstafada avtomobil vuran piyadanın şəxsiyyəti məlum olub

Ağstafada avtomobil vuran piyadanın şəxsiyyəti məlum olub
23:22 10 Oktyabr 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyadanın şəxsiyyəti dəqiqləşdirilib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəzada xəsarət alan piyada, Ağstafa rayon sakini, 63 yaşlı Yaşar Zahid oğlu Yusibovdur. 
Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən piyadanın vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.

***21:55
Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Ağstafa şəhərinin ərazisində qeydə alınıb. Belə ki, yolu qarşı tərəfə keçmək istəyən piyadanı avtomobil vurub. Onun xəsarət aldığı bildirilir.
Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Digər məlumata görə, qəzanı törədən avtomobil taksi fəaliyyəti ilə məşğul olur. Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agstafada-avtomobil-vuran-piyadanin-sexsiyyeti-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR