Audi A7 Sportback qoşulan hibrid oldu - FOTO

Audi A7 Sportback qoşulan hibrid oldu - FOTO
00:12 11 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Audi şirkəti A7 modelinin hibrid modifikasiyası olan A7 Sportback 55 TFSI e quattro modelini təqdim edib. Qoşulan hibrid elektrik ötürməsi ilə 40 kilometr qət edir. İstehsalçı hibrid krossoverin 100 kilometrə 2,1 litr arasında yanacaq sərf etdiyini bəyan edir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Audi A7 Sportback 55 TFSI e quattro modelinin güc qurğusunun tərkibinə 252 at qüvvəsi və 370 Nm fırlanma anı hasil edən 2,0-litrlik TFSI mühərriki və yeddi pilləli S tronic qutusuna quraşdırılmış 105 kilovat və 350 Nm fırlanma anı hasil edən elektrik mühərriki daxildir. Güc qurğusunun ümumi hasilatı 367 at qüvvəsi və 550 Nm-dir. A7 Sportback 55 TFSI e quattro 100 km/saat həddinə 5,7 saniyəyə sürətlənir və 250 km/saat maksimal sürət həddinə malikdir. Elektrik ötrüməsi ilə krossover 135 km/saata qədər sürətlənə bilər.

104 prizmatik özəkdən ibarət olan litium-ion batareyası baqaj bölümünün döşəməsinin altında yerləşir və 14,1 kilovat-saatlıq tutuma malikdir. Batareyanın temperaturunun optimal saxlanılması məqsədi ilə onun soyutma konturu klimat-kontrolun soyuducusuna, həmçinin elektrik mühərriki və güc elektronikasının aşağı temperaturlu konturuna birləşdirilib. Yüksək voltajlı komponentlərin ayırdığı izafi  istilik salonun qızdırılmasına yönəldilir.

Güc qurğusunun işini hərəkət rejimlərinin selektoru vasitəs ilə tənzimləmək olar. Hybrid rejimində sistem yanacaq sərfiyyatını maksimal dərəcədə azaltmağa və şəhərdə hərəkət zamanı elektrik ötürməsindən sonuna qədər istifadə etməyə köklənir. Bundan başqa, hibrid rejimində elektrik mühərriki -0,1 g gücünə qədər əyləcləmələrə cavabdehdir və eyni zamanda 80 kilovat enerjini rekuperasiya etmək imkanına malikdir. Bundan başqa, krossoveri yalnız elektrik ötürməsi ilə hərəkət etdirən EV və batareyanın doldurulmasına üstünlük verən Battery Hold rejimləri də mövcuddur.

Audi A7 Sportback 55 TFSI e quattro modelinin batareyasını məişət elektrik şəbəkəsindən yeddi, 400 voltluq terminaldan isə 2,5 saata doldurmaq mümkündür. Bununla yanaşı, hibrid krossoverilərin sahibləri Avropada 100 000 stansiyanı birləşdirlən Audi e-tron Charging Service xidmətinə girişi əldə edəcəkdirlər. myAudi tətbiqi vasitəsilə uzaqdan avtomobilin sistemlərini idarə etmək və onların vəziyyəti haqqında məlumatı əldə etmək olar.

Hibrid qurğulu A7 Sportback modelinin təchizatına S line eksteryer dəsti, qara dekor elementləri, HD Matrix işıqdiodlarından fənərlər, idman oturacaqları, dördzonalı klimat-kontrol, virtual cihazlar paneli, 19-düymlük təkər diskləri və qərməzə rəngli əyləc supportları daxildir.

Audi A7 Sportback 55 TFSI e quattro modelini Almaniyadakı satış qiyməti 77850 avrodan başlayacaqdır. Hibrid liftbekin satışlarına bu ilin üçüncü rübündə start veriləcəkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/785742.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR