Türkiyə “Barış pınarı” antiterror əməliyyatında şəhid verib

Türkiyə “Barış pınarı” antiterror əməliyyatında şəhid verib
04:12 11 Oktyabr 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatı zamanı bir hərbçi şəhid olub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbçilərlə terrorçu PKK/PYD və YPG qruplaşmalarının silahlıları arasında baş verən atışma nəticəsində üç əsgər yaralanıb. Hazırda əməliyyat davam edir.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 228 silahlısı məhv edilib. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiye-baris-pinari-antiterror-emeliyyatinda-sehid-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR