Almaniyada azərbaycanlı kikboksçunun iştirakı ilə döyüş keçiriləcək

Almaniyada azərbaycanlı kikboksçunun iştirakı ilə döyüş keçiriləcək
05:28 11 Oktyabr 2019
100 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə növbəti döyüşünü oktyabrın 12-da Almaniyanın Düsseldorf şəhərində keçirəcək.

Azərbaycan-Türk Kültür və Dayanışma Dərnəyindən Publika.az-a bildiriblər ki, dünyaca məşhur “Glory kikboksinq” turnirində 95 kiloqram çəki dərəcəsində yarışan idmançımızın rəqibi litvalı döyüşçü Sergey Masloboyev olacaq.

Hazırda Kölndə məşqlərini davam etdirən Bəhram Rəcəbzadə əslən Cənubi Azərbaycanın Urmiya şəhərindəndir.

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) rəhbəri Adil Əliyev və AKF-nin vitse-prezidenti Güloğlan Cabbarov döyüşü izləmək və idmançımızı dəstəkləmək üçün Almaniyaya gələcəklər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/292740.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR