Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı keçiriləcək referendumun vaxtları açıqlanıb

Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı keçiriləcək referendumun vaxtları açıqlanıb
08:52 11 Oktyabr 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

Fransanın tərkib hissəsinə daxil olan Yeni Kaledoniyanın müstəqillik referendumu 2020-ci ilin 30 avqust və ya 6 sentyabr tarixində keçirilə bilər.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Frans Press” məlumat yayıb.
Son tarixlər, Fransanın Baş naziri Eduard Filippin Sakit Okeanda Fransız mülkiyyətindəki müxtəlif siyasi qüvvələrin nümayəndələri ilə bir neçə saatlıq görüşündən sonra təyin edilib.
Referendumun dəqiq tarixi iki həftə ərzində açıqlanacaq. Bildirilib ki, Parisdə keçirilən tədbirdə müstəqillik tərəfdarları referendumun noyabr ayında keçirilməsini israr etsələr də, metropola sadiq olan nümayəndələr iyul ayında səs vermək istəyiblər.
Referendum 1998-ci ilin Numea sazişi çərçivəsində təşkil olunacaq. Müstəqillik müdafiə, təhlükəsizlik, ədliyyə və valyuta ilə bağlı sahələr istisna olmaqla bir sıra sahələrə nəzarətin tədricən yerli hökumətə keçməsini nəzərdə tutur.
Yeni Kaledoniya - Fransanın Sakit Okeanda yerləşən xarici ərazisidir. 1998-ci ildə arxipelaqda müstəqillik haqqında referendum keçirilib. Həmin vaxtlar yerli sakinlər siyasətçilərin təşəbbüsünü dəstəkləməyiblər.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yeni-kaledoniyanin-musteqilliyi-ile-bagli-kecirilecek-referendumun-vax

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR