Rasulayn şəhəri nəzarətə götürülüb

Türkiyə Silahlı Qüvvələri “Barış pınarı” əməliyyatı çərçivəsində Suriyanın şimalındakı strateji baxımdan əhəmiyyətli olan Rasulayn şəhərini nəzarətə götürüb.

Metbuat.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

""Barış pınarı” əməliyyatı çərçivəsində aparılan uğurlu əməliyyatlar nəticəsində Fəratın şərqindəki Rasulayn şəhəri nəzarət altına alınıb”, - deyə açıqlamada bildirilib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında hərbi əməliyyatlara başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR