Azərbaycan-İsveçrə oyununa hakim təyinatları açıqlanıb

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də keçiriləcək Azərbaycan-İsveçrə oyununun hakimləri açıqlanıb.

Metbuat.az AFFA-ya istinadən xəbər verir ki, oyunun baş hakimi serbiyalı Novak Simovic olacaq. Ona həmyerliləri Svetozar Zivin və Nikola Djoroviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Milos Milanovic yerinə yetirəcək.

Azərbaycan-İsveçrə oyunu Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da saat 20:00-da start götürəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR