Çexiya millimizi darmadağın etdi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Metbuat.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi komanda Çexiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Çexiyanın Opava şəhhərində keçirilən görüşdə millimiz 0:4 hesabı ilə məğlub olub.

U-19 qrupun son oyununda oktyabrın 15-də San Marinonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi turnirdəki ilk oyununda Norveçə 0:1 hesabı ilə uduzub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR