Dörd nəfər "Hagibis" tayfunu nəticəsində həyatını itirib

Dörd nəfər "Hagibis" tayfunu nəticəsində həyatını itirib
04:08 13 Oktyabr 2019
134 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı, Trend:

Yaponiyada "Hagibis" nəticəsində ən azı dörd nəfər ölüb, və daha 17 nəfər itkin düşüb.

Trend-in məlumatına görə, 100-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hal-hazırda Yaponiyanın özünümüdafiə qüvvələrinin bölmələri tərəfindən Yaponiyanın xilasetmə xidmətləri "Hagibis" tayfununun selə səbəb olduğu ərazilərdən insanları xilas etməyə davam edir. Xüsusilə, Şinano çayının tökülməsi səbəbindən geniş ərazilərin su altında qaldığı Nagano prefekturasında son dərəcə çətin bir vəziyyət yaranıb.

Qeyd edək ki, şənbə günü "Hagibis" tayfunu Yaponiyanın əsas ərazisinin hissəsini vurub. Yerli hakimiyyət orqanları Tokio da daxil olmaqla, ölkənin mərkəzi hissəsinin 12 prefekturasında maksimum təhlükə səviyyəsini elan ediblər. Hal-hazırda bu xəbərdarlıq qaldırılıb, aviasiya və dəmir yolu əlaqələri tədricən bərpa olunur və magistral yollar açılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3132371.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR