Macarıstan - Azərbaycan oyununun baş hakimi Dennis Higler səhvini etiraf edib

Macarıstan - Azərbaycan oyununun baş hakimi Dennis Higler səhvini etiraf edib
23:27 13 Oktyabr 2019
124 Digər
Ölkə mətbuatı
A- A+

Macarıstan və Azərbaycan yığmaları arasındakı AVRO-2020-nin seçmə qrup matçının baş hakimi Dennis Higler səhvini etiraf edib. 
"Report"un Budapeştə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, hollandiyalı referi Azərbaycan millisinin təmiz qolunu saymadığı üçün üzr istəyib. 
O, qarşılaşmanın ardından mübahisəli epizodun videosuna baxdıqdan sonra baş məşqçi Nikola Yurçeviçə yaxınlaşıb. Higler Bəhlul Mustafazadənin qolunu saymamaqla səhvə yol verdiyini boynuna alıb və üzrxahlığını çatdırıb. Qeyd edək ki, görüş Macarıstanın qələbəsi ilə yekunlaşıb - 1:0.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/macaristan-azerbaycan-oyununun-bas-hakimi-dennis-higler-sehvini-eti

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR