Makron Fransa Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

Makron Fransa Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb
23:29 13 Oktyabr 2019
135 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə ölkənin Təhlükəsizlik Şurasının bağlı iclası keçiriləcək.

Trend-in "Agence France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, iclasın əsas mövzusu Türkiyənin Suriyanın şimalında keçirdiyi "Sülh bulağı" əməliyyatı olacaq.

E.Makron bildirib ki, bu əməliyyat "yolverilməz humanitar vəziyyətin yaranması riskini yaradır" və "İslam dövlətinə" [İŞİD terror qruplaşması] "regionda gücünü bərpa etməyə" kömək edir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3132531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR