Allah gülərüzlü insanı sevir, qaşqabaqlı ilə düşməndir

Allah gülərüzlü insanı sevir, qaşqabaqlı ilə düşməndir
23:42 13 Oktyabr 2019
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

Həzrət Peyğəmbər (s) buyurur: "Gülərüzül ol ki, Allah gülərüzlü insanı sevir, qaşqabaqlı ilə düşməndir". (Tebyan)

İmam Əli (ə) buyurur: "Gülərüzlülük yaxşılıqların başlanğıcıdır".

İmam Əli (ə) buyurur: "Gülərüzlülük kini aradan aparar".

İmam Əli (ə) buyurur: "Gülərüzlülük azadilərin sifətindəndir".

Həzrət Peyğəmbər (s) buyurur: "Gülərüzülülük səbirin zinətidir".

İmam Əli (ə) buyurur: "Sənin gülər üzün nəfsinin kəramətinin və böyüklüyünün nişanəsidir".

İmam Sadiq (ə) buyurur: "Yaxşı əməl və gülərüzlülük məhəbbət gətirər və behiştə aparar. Simiclik və qaşqabaqlılıq Allahdan uzaqlaşdırar və cəhənnəmə aparar".

İmam Əli (ə) buyurur: "Gülərüzlülüklə bağışlayan dəyər əldə edər".

İmam Sadiq (ə) buyurur: "Behiştlilərin dörd nişanəsi vardır: Gülərüzlülük, mülayim dil, mehriban ürək və verən əl".

İmam Əli (ə) Peyğəmbər (s) haqqında buyurur: "O, peyğəmbərlərin xatəmi idi, bağışlayan, hövsələli, düz danışan, əhdinə ən çox sadiq olan, mülayim, insanların xoş ünsiyyət quranı idi. Hər kim onunla ünsiyyət qururdu, onu tanıyırdı və onu sevirdi. Hər kim onu tərifləmək istəsə, deyərdi: ondan əvvəl və ondan sonra onun kimisini görməmişəm".

İmam Sadiq (ə) buyurur: "Hər kim bu işlərdən birini Allah dərgahına aparar, Allah behişti onun üçün vacib edər: yoxsulluqda infaq, hamı ilə gülərüzlü olmaq və insaflı rəftar".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/792376.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR