Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib (FOTO)

Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib (FOTO)
23:55 13 Oktyabr 2019
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Cani Babayeva - Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin "yeniyetmələr" yaş kateqoriyasında (2004-2006-cı il təvəllüdlü) qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Azərbaycan birinciliyində fərdi çoxnövçülükdə (ip, top, gürzlər və lentlə hərəkətlər) ən yaxşı nəticəni Alina Gözəlova ("Ocaq Sport" klubu) göstərib, ikinci yeri Leyli Ağazadə (Sumqayıt), üçüncü yeri isə Səkinə İbrahimbəyli ("Ocaq Sport" klubu) tutublar.

Bakı birinciliyində fərdi çoxnövçülükdə (ip, top, gürzlər və lentlə hərəkətlər) birinci yerdə Alina Gözəlova, ikinci yerdə Səkinə İbrahimbəyli, üçüncü yerdə isə Nigar Usubova qərarlaşıblar. Hər üç gimnast "Ocaq Sport" klubunun yetirməsidir.

Bakı birinciliyində komanda hesabında birinci yeri Bakı Gimnastika Məktəbinin yetirmələri, ikinci yeri "AyUlduz" klubunun yetirməlri, üçüncü yeri isə "Ocaq Sport" klubunn yetirmələri tutublar.

Qeyd edək ki, 10-13 oktyabr tarixlərində Milli Gimnastika Arenasında 26-cı Azərbaycan və Bakı birinciliyi və 6-cı bölgələrarası kuboku keçirilir.

Oktyabrın 11-12-də aerobika gimnastikası üzrə beşinci Azərbaycan birinciliyi və Bakı çempionatı da keçirilib.

Gimnastikanın hər iki növündə yarışlarda Bakı və Azərbaycanın bölgələrindən 200-dən çox idmançı iştirak edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3132537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR