Dünyanın ən sürətli qarışqaları bunlar imiş - MARAQLI ARAŞDIRMA

Almaniyanın Ulm Universitetindən Harald Volf və komandası qarışqalar üzərində geniç bir təcrübə həyata keçiriblər.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmaçılar gerçəkləşdirdikləri təcrübənin nəticəsində müəyyən ediblər ki, dünyanın ən sürətli qarışqası saniyədə 855 millimetrə məsafə qət edı bilən Səhra çölündəki gümüş qarışqalardır.

Səhradakı bu gümüş qarışqaların (Cataglyphis bombycina) qum üzərində necə bu qədər sürətlə hərəkət edə bilmələri ilə bağlı az məlumat mövcud idi. Araşdırma heyəti bu qatışqaları araşdırmaq üçün Tunisdəki çöllərə gediblər.

Araşdırmaçılar qarışqaların yuvasının ağzına bir alminium kanal, kanalın sonuna isə qida qırıntıları yerləşdiriblər. Qarışqalar yuvadan çıxıb bu qidaları daşımağa başkadığı zaman kanalın sonuna yerləşdirdikləri kamera ilə onları izləyiblər. Qarışqaların sürətini hesablamaq üçün isə onların boyundan və 1 saat ərzindəki kanaldakl tur sayından istifadə ediblər.

Gümüş qarışqaların ayaq uzunluqlarının çöl qarışqalarındakından az olmasına baxmayaraq onlar çöl qarışqalarından daha sürətli olurlar. Bunun səbəbi kimi isə səhra qumu göstərilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR