Məşhur professordan ŞOK AÇIQLAMA: Bişməmiş ət faydalıdır, çünki...

Məşhur professordan ŞOK AÇIQLAMA: Bişməmiş ət faydalıdır, çünki...
13:58 21 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Türkiyəli professor Canan Karatay basdırmanın çox faydalı olduğunu iddia edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qalmaqallı açıqlamaları ilə tez-tez gündəmə gələn kardiloq bu dəfə ət mövzusuna toxunub.

“Kayserinin basdırması çox dadlıdır, amma xarab olmasın. Basdırma çox xeyirdir, çünki bişmənmiş ətdir. Ət öz yağı və qırmızı ət proteinləri ilə birlikdə yeyildiyi halda faydalıdır. İnsan bədənindəki ət də yağlıdır, əzələ, ürək və beyin yağla çalışır. Odur ki, basdırma insan bədəninə bu şəkildə daxil olduğu zaman qorxmayın, bu ət xolesterini yüksəltmir. Təəssüf ki, onu illərlə qadağan etdilər”.

Daha sonra kardioloq ətin xərçəngə səbəb olması iddialarına aydınlıq gətirib:

"Təbii və içində qatqı maddəsi olmayan bütün qırmızı ətlər sağlamdır, amma qatqı maddəsi qatılan qırmızı ətlər xərçəng yaradır. Mən bir feldşer kimi bunu deyirəm. Qırmızı ət kanserogen deyil, qırmızı ətə qatılan kimyəvi maddələr kanserogendir. Bu yaxınlarda basdırma və kolbasaya ağ ət qatıldığı iddia edildi. Hansı ağ ətdən danışılır? Toyuq da, donuz da ağ ətdir. Bunları istehsal edən və xalqı aldadan müəssisələr bağlasınlar bağlatdırmaq lazımdır ki, ölkədə namusla dürüst çalışanlar çoxalsın".

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/293677.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR