"Kişilər fərsizdir deyə qızla sevgili olmuşdum" - Məşhur müğənni - FOTO

"Kişilər fərsizdir deyə qızla sevgili olmuşdum" - Məşhur müğənni - FOTO
14:05 21 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

"The Wrecking ball" mahnısı ilə qısa zamanda şöhrət qazanan müğənni Mayli Sayrus daha bir qalmaqallı açıqlama verib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, aktyor Liam Hemsvortdan ayrıldıqdan sonra lezbiyan münasibət yaşayan Mayli yenidən kişi ilə sevgili olub.

Keçmiş sevgilisi Ketlin Karter ilə münasibətinə son qoyduqdan sonra özünə yeni sevgili tapan Mayli şəxsi həyatı ilə bağlı etiraflar edib.

O bildirib ki, kişilər onu incitdiyinə görə, lezbiyan olmaq qərarına gəlib. Lakin indi münasibətdə olduğu şəxs onun düşüncələrini dəyişdirib.

"Mən hər zaman düşünürdüm ki, gey olmalıyam. Çünki elə bilirdim, kişilərin hamısı pis xarakterlidirlər. Amma bu doğru deyilmiş. Qızlara səslənərək deyirəm ki, bu səbəbə görə gey olmağa ehtiyac yoxdur, ətraf yaxşı oğlanlarla doludur, sadəcə, düzgün insanı tapmaq lazımdır".

Yuxarıda qeyd olunan sözləri deyən Mayli şəxsi Instagram hesabında sevgilisi ilə qeyri-etik şəklini yayıb.

İsmayıl
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/795875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR